Həəə gəldik əsas məsələyə bu günün əvvəlində çox həyacanlı idim.Neçə gündür ele hey eşidirik ki, təlimçi bacarıqları yoxlanacaq.Nigar xanım bir neçə tapırıqlarla və suallarla bizi yoxladı.Tapşırıqlar zamanı mən çaşqın idim .Hansı tapşırığın hansı bacarığı yoxladığını əvvəldən bilmək olmurdu.Təlimçi bacarıqları necə olmalıdı? bunu üçün bizə paylama vərəqləri paylanıldı .Düzü bir çox meyarlarla razı oldum , orada olan bir meyar mənə maraqlı gəldi .Təlimçiyə aid olan bir meyar " kiçik uğurlara sevinmək"çox gözəl vurğulanıb.Mən həmişə her bir şeyin daha yaxşısının olmasına çalışmışam ,.Yəni mənim üçün kiçik olan uğur müdavim üçün böyük ola bilər.
Bu gün XXI əsr bacarıqları haqqında söhbət getdi.İştirakçıların maraqlı fikirləri ,ideyaları oldu.Muzakireler olundu. Iştirakçılararın bəzilərinin fikirlərine etirazım olmuşdu. Elə o an Nigar xanım müdaxilə etdi😀😀😀 Və men onu anladim ki,təlimçi olmaq üçün müdavimlərin hər bir fikrinə müsbət yanaşmaq lazımdir, necə ki dərs zamani şagirdlərə bu fikir səhvdir demək olmaz , sadəcə oda olar ,lakin daha dərindən fikirləşin deyirik. Bu gün Layihə nədir? hansı hissələrə bölünür ?bu haqda məlumat da aldiq.
Bu gun başqa günlərədən fərqlənirdi. Vaxtın necə keşdiyini heç hiss etmədik.Mən jeopardylabs.com aveb.2.0 alətinin necə işlənməsini təqdim etdim.Digər iştirakçılarda öz veb 2.0 haqqında təqdimatlarını etdilər .Telimden evvəl 4 cür veb 2.0 bilirdimsə indi artıq 15 cür veb 2.0 aləti ilə işliyə bilərəm . İzahların hər biri başa düşülən idi.
Комментарии
Отправить комментарий