Сообщения

Сообщения за ноябрь, 2018

Təlimin 3-cü günü

Təlimin 3-cü günü. Bu gün bir neçə tapşırıqlar yerinə yetirdik. Bu tapşırıqlar hər hansı bir layihənin bir hissəsi ola bilecek tapşırıqlar  idi.Və  əməkdaşlıq etdiyim həmkarım Çinarə müəllimə ilə qısa müddətdə özümüzü  şagirdlərin yerinə qoyaraq təqdimat hazırladıq. Təqdimatdan sonra layihəmin mövzusu və sececeyim tədqiqat tapşırıqları artıq beynimdə formalaşmağa başladı.  Iştirakçilar da öz layihələrini necə quracaqlari haqqında danışdılar. Düzü  3 layihə mövzusu mənim xoşuma gəldi.Bloqlara  ümumilikdə baxılacağı üçün    hansı layihələr olduğunu  demirem😀😀😀😀😀

Təlimin 2-ci günü

Bu gün XXI əsr bacarıqları haqqında söhbət getdi.İştirakçıların maraqlı fikirləri ,ideyaları oldu.Muzakireler olundu. Iştirakçılararın  bəzilərinin fikirlərine etirazım olmuşdu. Elə o an Nigar xanım müdaxilə etdi😀😀😀 Və men onu anladim ki,təlimçi  olmaq üçün müdavimlərin hər bir fikrinə müsbət yanaşmaq lazımdir, necə  ki dərs zamani şagirdlərə bu fikir səhvdir demək olmaz , sadəcə  oda olar ,lakin daha dərindən fikirləşin deyirik. Bu gün Layihə nədir? hansı hissələrə bölünür ?bu haqda məlumat  da aldiq.

Təlimin 1-ci günü

  Təlimə xoş təəsüratlarla başladım.Təlimçilərimiz mənim üçün tanış simalar idi. Asiman müəllimi və Yeganə xanımı  yenidən görməyimə çox şad oldum. İndiyənə kimi bir çox təlimlərdə olmuşam. Lakin bu dəfəki təlim mənim üçün fəqli olacaq.Bu gün artıq mən nəyi necə öyrənəcəyimi deyil, necə öyrədəcəyimi düşünürəm.