Сообщения

Təlimin son günü

Artıq təlimin son günü idi .Həm sevinirəm evə qayıdacağım üçün həm də kədərlənirəm  bu gözəl insanlardan ayrılacağıma görə. İlk saatlarında eTiüininng haqqında 1 saatlıq təqdimat oldu.Daha sonra qiymətləndirmə vərəqlərini  və test suallarını işlədik. Yarımçıq qalan işlər təqdim olundu. Mən artıq getməliyəm amma getməkdə istəmirəm.Ümid edirəm ki, təlimçi seçilərəm və bu gözəl kollektivə məm də qoşularam.

Təlimin 14 cü-günü

Böyük gün .Təlim otağına daxıl olarkən artıq bir iştirakçını həyacanlı gördüm.Qəribədir məndə həyacan hissi çox olmur.Ancaq yenə də təqdimatıma məsuliyyətlə yanaşmağa çalışırdım.Çıxışım zamanı tərslik olacağını heç gözləmirdim. Veb 2.0 də günlərlə hazırladığım təqdimatı tapa bilmədim bir az məyus oldum.Yenə də təqdimatımın uğurlu alındığına inanıram.Yoldaşlarımın da təqdimatları yaxşı keçdi.

Təlinim 13-cü gün

Həəə gəldik əsas məsələyə bu günün əvvəlində çox həyacanlı idim.Neçə gündür ele hey eşidirik ki, təlimçi bacarıqları yoxlanacaq.Nigar xanım bir neçə tapırıqlarla və suallarla bizi yoxladı.Tapşırıqlar zamanı mən çaşqın idim .Hansı tapşırığın hansı bacarığı yoxladığını əvvəldən bilmək olmurdu.Təlimçi bacarıqları necə olmalıdı? bunu üçün bizə paylama vərəqləri paylanıldı .Düzü bir çox meyarlarla razı oldum , orada olan bir meyar mənə maraqlı gəldi .Təlimçiyə aid olan bir meyar " kiçik uğurlara sevinmək"çox gözəl vurğulanıb.Mən həmişə her  bir şeyin daha yaxşısının olmasına çalışmışam ,.Yəni mənim üçün kiçik olan uğur müdavim üçün böyük ola bilər.

Təlimin 11-12ci günü

Bu gün  layihə planını yekunlaşdırdıq .Qiymətləndirmə vərəqəli üzərində işlədik. 

Təlimin 10-cu günü

Təlimin 10 -cu günü şagird işlərinin necə işlənməsindən danışıldı.Mövzu sualları üzərindən tədqiqat tapşırıqları necə yazılmalıdır_------ , bu tapşırıqlar sadəcə araşdırma xarakterli deyil ,şagirdin yaradıcılıq bacarığını da üzə çıxartmalıdır. Təlimçilərimizin diliylə sintezzzzz məsələsi

Təlimin 9-cü günü

Bu gun başqa günlərədən fərqlənirdi. Vaxtın necə keşdiyini heç hiss etmədik.Mən jeopardylabs.com aveb.2.0 alətinin necə işlənməsini təqdim etdim.Digər iştirakçılarda  öz veb 2.0 haqqında təqdimatlarını etdilər .Telimden evvəl 4 cür  veb 2.0  bilirdimsə indi artıq 15 cür  veb 2.0 aləti ilə işliyə bilərəm . İzahların hər biri başa düşülən idi.

Təlimin 8 -ci günü

Bu gün əsas məsələlərdən olan resurların seçilməsinə  başladıq.İstifadə etdiyimiz mənbələrin  vurğulanması  önəmlıdır. Layihələrin hazırlanmasında təqdimatları aparmaq üçün Veb 2.0 alətlərindən istifadə təqdimatları daha da cazib edir.İştirakşılarin hər birinə veb 2.0 alətlərindən birini təqdim etmələri tapşırıldı.